Pedaqoji Şura
2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirilib
14.09.2023-cü il tarixdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə 2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirilib. İclas Azərbaycan Respublikasınln dövlət himninin səslənməsi ilə və Ulu Öndərin, şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra məktəbin direktoru kollektivi salamlayaraq məktəbə yeni təyinat almış müəllimi təyinat münasibəti ilə təbrik edib. Sonra iclasın gündəliyində duran məsələlər iclas iştirakçılarına elan edilib:
1.Məktəbin nizamnaməsinin təsdiq edilməsi
2. Məktəbin iş rejiminin təsdiq edilməsi
3. Vəzifə bölgüsü
4.Yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti
5. Sinif komplektlərinin formalaşdırılması
6. Sinif rəhbərlərinin təyin edilməsi
7. Fənn metodbirləşmə sədrlərinin təyin edilməsi
8.Təmayül siniflərin təsis edilməsi
9.Bilik Gününün keçirilməsi
10. Şahird davranış qaydaları
11.Dərsliklərin təminatı vəziyyəti və paylanılması barədə
12. Yeni tədris ilinə hazirliq vəziyyəti
13. TKTA monitorinqin hesabatı
İclas direktor və müavinlərin, kitabxana müdiri, məktəb həmkarlar təşkilatının sədri və məktəb psixoloqunun hesabat çıxışlarının dinlənilməsi ilə davam edib. Sonda şura protokolu tərtib edilib və qəbul edilməli qərarlar heyətə bildirilib. Qərarlar səs çoxluğu ilə qəbul edildikdən sonra pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirilib.