1 avqust  - Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür

1 avqust  - Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür.Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilmişdir. Ədəbi dilin tərəqqisi olmadan, mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Hər bir xalqın milliyətini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən ana dilidir. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili milli sərvətin, varlığın təsdiqi və milli kimliyimizdir. Bir millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtdir. 
Tarixə nəzər salsaq, Azərbaycanda ana dilinin formalaşması çox maneələrə rast gəlinmişdir. Amma bütün çətinliklərə baxmayaraq, adət - ənənələrimizə, tarixi keçmişimizə, milli dəyərlərimizə önəm verib sahib çıxan şəxsiyyətlər sayəsində ana dilimiz nəinki formalaşmış, qorunub bugünə kimi saxlanılmışdır. 
Ana dili bir millətin özünü ifadəsidir. Keçmişini bu gününə, bu gününü isə gələcəyə daşıyan bir kimlik, mənsubiyyətdir. 
Azərbaycan tariximizə nəzər saldıqda, milli dəyərlərimizi, tarixi keçmişimizi, o cümlədən ana dilimizi məhv etməyə çalışan böyük qüvvələrin olduğunu görmüşük. Bu, daha çox özünü Çar Rusiyasının istilası və Sovet İmperiyasının dövründə açıq şəkildə göstərmişdir. 
Azərbaycanda tarixən əlifbamız dəyişdirilib, dilimiz sıxışdırılıb, təhsil, elm yad dillərdə tədris olunub. Məqsəd bizi öz kökümüzdən uzaq salmaq idi. Amma bu, o qədər də asan olmadı. Hələ 1969-cu ildə Azərbaycan SSR-nin Mərkəzi Komitəsinə birinci katib təyin edilən Ümumilli liderimiz Heydər Əliyev ana dilinin bərpası üçün mühüm işlər görmüşdür. Hətta 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin üçüncü konstitusiyasının qəbulu zamanı Azərbaycan dilini dövlət dili elan etmişdir.
XX-ci əsrin 80-ci illərinin sonlarında ,Azərbaycanda milli oyanış baş verdiyi bir dövrdə, xalq milli, mənəvi, mədəni dəyərlərimizin, o cümlədən Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq istəyini irəli sürdü. Bu dövrdə Azərbaycanda kiril əlifbasından istifadə mövcud idi, bu da Sovet İmperiyası tərəfindən ana dilimizə yönəlmiş təxribat idi, əlifbamız dəyişdirilmişdi. 
90-cı illərdə ikili qrafikdən istifadə olundu. Lakin 1993-cü ildə yenidən müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş Ümumilli liderimiz ana dilinin bərpası üçün çox mühüm addımlar atdı. Ümumilli lider Heydər Əliyev bilirdi ki, ana dilinin hər tərəfli inkişafı, dövlət dilinə çevrilməsi nəinki ölkədaxili, həmçinin diplomatiya aləminə yol açılması, dünya səviyyəli tədbirlərdə eşidilməsi bir millətin varlığından xəbər verirdi. Bir azərbaycanlı olaraq hər bir kəs, harada yaşamasından asılı olmayaraq, öz ana dilini, dinini, milli adət ənənələrini unutmamalı, hətta təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyev bütün bu mənəvi dəyərləri qoruyub saxlamaq üçün Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi uğrunda bu qədər mühüm işlər görürdü. Çünki ana dili bir millətin varlığıdır. 
Dahi şairimiz Səməd Vurğunun yazdığı “Ana dilim” şeiri kimi:
Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizə əhdi-peymanımızdır.
Ümumilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi qeyd edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi