SON ZƏNG

İyunun 14-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.06.2023-cü il tarixli, 3-29/3-2-339F/2023 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 iyun 2023-cü il tarixli 3-29-59/3-2-227F/2023 nömrəli əmrinə müvafiq olaraq məktəbimizin məzunlar üçün “Son zəng” çalınıb.

“Son zəng” tədbirində məktəb rəhbərliyi, rayon icra hakimiyyətinin nümayəndəsi, valideyn komitələri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və "son zəng"lə yekunlaşıb. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində məktəbin IX siniflərindən 131, XI siniflərindən isə 120 nəfər məzun olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi