Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı esse yazı müsabiqəsi

Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı esse yazı müsabiqəsinin rayon turu başa çatdı. 32 məktəb üzrə təqdim olunan yazı işindən 10-u yekun mərhələsinə keçdi. Rayon turunun sonuncu mərhələsinə vəsiqə qazananlardan ikisi məktəbimizin payına düşdü. 10 E sinif şagirdləri Məryəm Həsənova ( elmi rəhbər--Həsənova Kəmalə) "İlham Əliyevin azad edilmiş bölgələrə səfərləri", Dilşad Məmmədəliyeva ( elmi rəhbər---İmanova Səbinə)" Şuşa əməliyyatı-musiqi beşiyinin azad olunması" adlı təqdimatları ilə çıxış etdilər və sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi