Sherg.az saytında "Ulu öndərin yolu ilə" tədbiri

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdləri "Ulu öndərin yolu ilə" şüarı altında aylıq plana uyğun olaraq ardıcıl tədbirlər keçirirlər. 

"Sherg.az" xəbər verir ki, ilk tədbir 19.01.2023-cü il tarixində keçirilmiş, aylıq plana uyğun olaraq görüləcək işlər barədə məlumat verilmiş, şagirdlər arasında iş bölgüsü aparılmışdır. 

20.02.2023-cü il tarixində 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdlərinin iştirakı ilə Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında konfrans keçirilmişdir. 

Üçüncü aylıq plana uyğun olaraq 27.03.2023-cü il tarixində növbəti konfrans keçirilmişdir. Azərbaycanın böyük oğlu, ümumilli liderimiz Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə, adət-ənənələrinə göstərdiyi diqqət və qayğıdan söhbət aparılmışdır. 

 

Ümumilli liderin milli dəyərlərin qorunması və nəsildən nəsilə ötürülməsi üçün gördüyü işlərin haqqında geniş məlumat verilmişdir. Hələ 14 iyul 1969-cu il tarixində Azərbaycan SSR-in Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin olunduqdan sonra Heydər Əliyevin bu sahədə atdığı addımlardan danışılmışdır. Ümumilli lider maddi, mədəni zənginliklərə sahib olan Azərbaycanın həmin vaxta qədər keçmiş İttifaqda sıradan bir respublika, bəzi sosial iqtisadi göstəricilərinə görə isə xeyli geri qalmış respublika kimi təqdim edilməsinə qarşı çıxaraq mühüm addımlar atmışdır. Zənginliyi lazımı səviyyədə ortaya çıxarmaq, reallıqları düzgün qiymətləndirmək zəruri idi. O cümlədən mədəni mirasımız, ədəbiyyat və incəsənətimiz özünün gerçək himayədarını gözləyirdi.  XX əsrin II yarısında Sovet rejimi dövründə bu müşkül, hətta qeyri mümkün idi. Amma Heydər Əliyev kimi dahi bir şəxsiyyət bütün bu dəyərlərin qorunması və inkişafında mühüm rol oynaması bugünkü mədəniyyətimizin bünövrəsi oldu. 

1993-cü il 15 iyun tarixində xalq Heydər Əliyevin timsalında nəinki öz qurtuluşuna, eyni zamanda parlaq gələcəyinə qovuşdu. Bu tarixi dönüş Azərbaycana əmin-amanlıq, milli birlik, siyasi, iqtisadi, mədəni inkişaf bəxş etdi. Əldə etdiyimiz bütün nailiyyətlərimizə Ulu öndərin ölkəmizdə nail olduğu dinc şərait səbəb olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi