Milli dəyərlərimizi qoruyub saxlayaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli  13.03.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Novruz salnaməsi" adlı bir sıra tədbirlər keçirilib.

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və X b sinif şagirdləri  "Milli Dəyərlərimizi qoruyub saxlayaq" şüarı ilə Novruz Bayramı münasibətilə tədbir keçirmişlər. Azərbaycan Respublikasında dövlət səviyyəsində həyata keçirilən, milli dəyərlərimizə, adət ənənələrimizə əsaslanan, tarixi keçmişimizdən bu günə qədər süzülüb gələn bu bayramın əhəmiyyətindən bəhs edən mövzuda müzakirələr aparılıb.Nigar xanım tədbir zamanı öz çıxışında Novruz Bayramının adətən ənənələrindən, həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək şagirdlərə  milli dəyərlərimizi  öyrənmək ,qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmağın bizim vətəndaşlıq borcu olduğunu vurğulayıb. Milli dəyərlər bizim varlığımız,dünənimiz bu günümüz və sabaha yolumuzdur.Tədbirdə şagirdlər Novruz Bayramının bəzi ənənələrini nümayiş etdiriblər: xonça bəzəyib şam yandırmaq,yumurta toqquşdurmaq  yarışaraq qolgüclərini  yoxlamaq və s. Şagirdlər bayram əhval ruhiyyəsi ilə əlaqədar şeirlər səsləndirmişlər, çərşənbələrdən söz açmışlar.
Novruz bayramı əsasən dostluq, barış, sülh əmin-amanlıq,qayğı diqqət və dəstək bayramıdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi