Xocalı faciəsinin 31 - ci İldönümü münasibətilə tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 21.02.2023 tarixli 3-29-5913-2-95F/2023 nömrəli əmrindən irəli gələn fəaliyyət planına əsasən Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və 6 d,7 ç,7 d sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 31 - ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. 
Xocalı - tam 31 il əvvəl, 1992-ci il 26 fevral tarixində XX əsrin ən dəhşətli, heç bir insanlığa sığmayan dinc , əliyalın  insanlara qarşı erməni daşnakları tərəfindən törədilən vəhşilikdir. Kimliyindən asılı olmayaraq, qadın, uşaq, qoca, cavan böyük işgəncələrə məruz qalıb, ermənilər tərəfindən qətlə yetirildilər. Törədilən soyqırımında 613 nəfər - 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmaqla qətlə yetirilib.1275 nəfər isə əsir düşmüş, böyük işgəncələrə məruz qalmış ,25 uşaq hər iki valideynini,170 uşaq isə valideynlərindən birini itirmişlər ,8 ailə tamamilə məhv edilmişdir. Bu faciəni törədən daşnaqlar isə hələ də beynəlxalq hüquq normalarına uyğun cəzalandırılmayıblar.
Biz Xocalının qisasını aldıq amma bu faciəni unutmadıq nə də unutdurmayacayıq . Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi