Ulu Öndərin yolu ilə

 

Bildiyimiz kimi, 2023-cü il "Heydər Əliyev ili" elan edilməsi münasibətilə ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində silsiləli  tədbirlər keçirilir. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova da "Ulu Öndərin yolu ilə" şüarı adı altında aylıq plana uyğun olaraq ardıcıl  tədbirlər keçirir.
19.01.2023-cü il tarixində keçirilmiş ilk konfransda  aylıq plana uyğun olaraq görüləcək işlər barədə məlumat verib, şagirdlər arasında iş bölgüsü aparılmışdır.
20.02.2023-cü il tarixində 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və Xb sinif şagirdlərinin iştirakı ilə "Ülu Öndər Ümummilli Lider Heydər Əliyevin yolu ilə" şüar altında "2023-cü ilin Heydər Əliyev ili" elan edilməsi münasibətilə hər ay aylıq plana uyğun olaraq  keçiriləcək konfranslardan ikincisi keçirilmişdir.
Azərbaycanın  böyük oğlu Ümummili Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar və faktlar əsasında müzakirəli konfrans keçirilib. Konfransda Nigar müəllimə şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumatlar verərək, şagirdlərin çıxışlarını dinləyərək əlavələr etmişdir . Nigar müəllimə Heydər Əliyev yolunun Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli dərəcədə rol oynadığını bildirib. Şagirdlər öz növbəsində çıxışlarında   Ulu Öndər haqqında topladıqları maraqlı məlumatları təqdim etmişlər .
Vəlizadə Fidan: Heydər Əliyevin anadan olması haqqında məlumat verib.
Qasımova Banu: Heydər Əliyevin ailəsi haqqında maraqlı məlumatlar təqdim edərək şagirdləri məlumatlandırıb.
Cəfərova Nəzrin: Heydər Əliyevin təhsili haqqında məlumat verib.
Məcidova Leyli: Heydər Əliyevin rəhbərliyi dövründə millətinə, dövlətinə, ən əsas da gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb.
Konfransın sonunda Nigar müəllimə şagirdlərə"Biz Ulu Öndərimizi nə qədər tanıdıq?" başlığı altında sorğu keçirib . Məsələn, Heydər Əliyevin sevdiyi şair, yazıçı, bəstəkar, əsər , şeir,musiqi növü, rəssam, insan, şəhər, içki və s. 
Şagirdlər bütün səslənən suallara düzgün cavab vermişlər. Konfransın sonunda Nigar müəllimə şagirdlərə təşəkkür edərək növbəti aydakı görüşə qədər sağollaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi