Qardaş ölkəyə dəstək AZƏRBAYCAN - TÜRKİYƏ

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin tarix müəllimi Nigar Məmmədova və X b sinif şagirdləri "Biz sizinləyik, qardaş Türkiyə " mövzusunda dəyirmi masa keçirmişlər .

06.02.2023.  04:17
Bu bizim üçün adi bir tarix ola bilərdi, əgər  sarsıdıcı bir xəbər almasaydıq. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu tarixdə, bu saatda qardaş Türkiyədə böyük fəlakət baş verdi . Baş verən təbii fəlakət nəticəsində eyni zamanda ölkənin bir neçə bölgəsində əhali səhəri qorxu həyəcan və ən əsası böyük itkilərlə açdı. Eşitdiyimiz xəbər  bir qardaş ölkə kimi bizi çox sarsıtdı. Canımız ,qanımız olan bu millətin hayına hay verməyə çalışdıq.. Dərhal yardım etmək üçün hər kəs ayaqlandı. Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev qardaş Türkiyə xalqına köməklik göstərilməsi haqqında göstəriş verdi  . Elə həmin gün xilasedicilər, dərman preparatları və digər lazımi ləvazimatlarla təchiz olunmuş böyük bir heyətlə qardaş ölkəyə kömək üçün göndərildilər . Eyni vaxtda ölkəmizdə qardaş Türkiyəyə yardım etmək üçün aksiya başladı. Hal hazırda da davam edir. 
Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara can sağlığı versin, dağıntılar altından qalanları isə dardan qurtarsın .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi