"Narkomaniyaya yox, sağlam gənclik" mövzusunda tədbir

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox, sağlam gənclik" mövzusunda tədbir keçirildi. Binəqədi rayonunun 5 N Polis idarəsinin Yetkinlik yaşına çatmayanlar işləri üzrə bölmənin əməkdaşları polis mayoru Elvin Quliyev və polis mayoru Elxan Əliyevin təşkilatçılığı ilə 8 və 9-cu sinif şagirdlərinə maarifləndirici məlumatlar verildi. Polis mayoru Elvin Quliyevin geniş çıxışından sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbir şagirdlərimiz üçün çox səmərəli keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi