Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin 8ç sinif şagirdləri tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir sözləri Ə. Cavada, musiqisi isə Ü. Hacıbəyliyə aid olan Azərbaycan himni ilə başladı. Tədbirin aparıcıları Ə. Mədinə və Ə. Allahverdi şairin həyat və yaradıcıliğı haqqında qonaqlara dolğun məlumat verdi. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcıliğı şagirdlərin ifasında böyük maraq doğurdu. Şagirdlər vətənpərvərlik duyğularını Ə. Cavad işığında daha dolğun, daha mükəmməl nəzərə çatdırdılar. Ə. Cavadla, Şükriyyə xanımın əlvida səhnəsini canlandıran Ə. Allahverdi və Ç. Şəfiqənin uğurlu çıxışı hamının alqışını qazandı. Xorla oxunan vətənpərvərlik nəğmələri tədbiri daha maraqlı və baxımlı etdi. Sonda məktəbin direktoru hörmətli Almaz xanım Həsrətin maraqlı və dolğun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi