Əhməd Cavadın 130 illik yubleyi münasibətilə tədbir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2022-ci il tarixli  sərəncamına əsasən  Azərbaycan ədəbiyyatında istiqlal şairi kimi tanınan Əhməd Cavadın 130  illiyi ölkəmizdə geniş miqyasda qeyd olunur.
   Məktəbimizdə bu münasibətlə silsilə tədbirlər davam edir. 07.12.2022-ci il tarixində  VII a, VII b, VIII a sinif şagirdləri Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı seminarda iştirak etmiş, azadlıq və müstəqil dövlətçilik ideyalarının tərənnümçüsü olan fədakar şairin həyat yolu haqqında ətraflı məlumat əldə etmişlər.
   Tədbirin sonunda  şagirdlərə  Türkiyənin “TRT AVAZ” telekanalınln hazırladığı  "Əhməd Cavad--- bir millətin ruhu"  sənədli filmi təqdim olundu. Film böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi