Əhməd Cavadın 130 illik yubleyi mövzusunda 7 ç sinfində tədbiri
05.12.2022-ci il tarixində "Biz tariximizin Tarix yazanlarını və onu yaşadanlarını öyrənirik Əhməd Cavad- 130 " mövzusunda 7ç sinif şagirdləri ilə Azərbaycan tarixi və Ədəbiyyat fənləri üzrə Tədris planına uyğun olaraq fənlərarası inteqrasiya olunmuş açıq dərs xarakterli tədbir keçirilmişdir. Mövzuya uyğun olaraq Azərbaycan tarixi və Azərbaycan dil- Ədəbiyyatı fənn müəllimləri Nigar Məmmədova və Labudə Kərimova şagirdlərə Əhməd Cavad yaradıcılığından, keçdiyi həyat yolundan, Vətənə, millətə böyük xidmətlərindən tarixi faktlara əsaslanan geniş məlumatlar vermişlər. Şagirdlər tədbirdə Əhməd Cavadın şeirlərini səsləndirmişlər və Vətənə olan məhəbbətindən, vətənpərvərlik ruhundan məlumatlarla çıxışlar etmiş, video görüntülər təqdim etmişlər . Şagirdlərin çıxışları zamanı Labudə müəllimənin əlavə məlumatlarla müdaxiləsi, Nigar müəllimənin tarixi faktlara əsaslanan məlumatları, Əhməd Cavad tərəfindən qələmə alınmış şeirlərin əksəriyyətinin arxasında bir Vətən məhəbbəti olduğunun vurğulanması tədbiri daha da rəngarəng etdi.
Tədbir məktəb direktoru Almaz Həsrət xanımın və direktor müavini Təranə müəllimənin iştirakı ilə keçirilmişdir. Sonda məktəb direktoru Almaz müəllimə çıxış edərək şagirdləri uğurlu çıxışlarına və dolğun məlumatlarla maraqlı bir təqdimat nümayiş etdirdiklərinə görə təbrik etdi.