Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb operativ24.az- da

Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümündə paytaxtdakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin 270 illiyinə həsr edilən “Şuşanın 270 anı” adlı filmin təqdimatı olub.Təqdimatın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət qeyd edib ki, Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib. O, bildirib ki, elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın. Direktor qeyd edib ki, təqdimatı gerçəkləşən film də bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacaq.Daha sonra “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin  sədri, filmin müəllifi, Xəzər TV – nın aparıcısı  Lalə Azərtaş çıxış edərək deyib ki, film Şuşanın 270 illiyinə ərməğan edilən filmin çəkilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub. Filin çəkilişi ilə bağlı məlumat verən Lalə Azərtaş çəkiliş zamanı yaşadığı duyğuları məktəb kollektivi ilə paylaşıb.Bundan sonra film təqdim edilib.Ekran əsəri şagirdlər və müəllimlərin duyğulu anlar yaşamasına səbəb olub. Filmə baxışın ardından Lalə Azərtaş və Almaz Həsrət çıxış edərək fikirlərini paylaşıblar.Təqdimatda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də iştirak edib. O, filmə baxdıqdan sonra etdiyi çıxışda fikirlərini paylaşıb, L.Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük savaşa qədər, istər savaş günlərində, istərsə də savaşdan sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb.Azər Həsrət eyni zamanda şagirdlərlə fikirlərini paylaşıb, Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyini bildirib.Bundan sonra bədii hissə olub. Məktəbin şagirdlərinin bir-birindən gözəl ifaları, rəqsləri tamaşaçıların alqış və rəğbəti ilə qarşılanıb.

https://operativ24.az/index.php?newsid=23381

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi