Lalə Azərtaşın “Şuşanın 270 anı” adlı filminin təqdimatı

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə dekabrın 1-də, Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümündə Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Şuşanın 270 anı” adlı filmin təqdimatı oldu.

Filmi Xəzər TV-nin məşhur jurnalisti, özünün milli-vətənpərvər mövqeyi ilə seçilən peşəkar təmsilçisi Lalə Azərtaş təqdim edib.

Təqdimatın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz xanım Həsrət qeyd edib ki," Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib.Elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın.Təqdimatı gerçəkləşən film də bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacaq"

Daha sonra filmin müəllifi Lalə Azərtaş çıxış edərək deyib ki, "film Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin məhsuludur.Şuşanın 270 illiyinə ərmağan edilən filmin çəkilməsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub."

Lalə Azərtaş filmin çəkilişi ilə bağlı ayrıntılar haqqında da qısa bilgi verib. O, çəkiliş zamanı yaşadığı duyğuları məktəb kollektivi ilə paylaşıb.Film təqdim edilib.

Ekran əsəri  IX, X və XI sinif şagirdləri və müəllimlərin duyğulu anlar yaşamasına səbəb olub. Sonda aramsız alqışlarla qarşılanan film Azərbaycanın bu qədər dəyərli bir yurd yerini düşmən tapdağından azad etməsinin önəminə işıq tutub.

Filmə baxışın ardından Lalə Azərtaş və Almaz xanım Həsrət çıxış edərək fikirlərini paylaşıblar.

Təqdimatda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də iştirak edib. O, filmə baxdıqdan sonra etdiyi çıxışda fikirlərini paylaşıb, L.Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük savaşa qədər, istər savaş günlərində, istərsə də savaşdan sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb.

Azər Həsrət eyni zamanda şagirdlərlə fikirlərini paylaşıb, Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyini bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi