ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlim
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan anlaşma memorandumu çərçivəsində vətəndaş məmnuniyyətinin artırılması məqsədi ilə 11.11.2022- 12.11.2022-ci ildə ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlərdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət xanım da iştirak etdi.
Mükəmməl təşkilatçılıq və gərəkli olan mövzuları yüksək savad sahibi olan təlimçi tərəfindən keçirilməsinə görə Elm və Təhsil Nazirliyinin aidiyyatı şəxslərinə təşəkkürümüzü bildiririk.
Təlimin mövzuları:
1. Effektiv ünsiyyət
2. Konfliktlərin idarəedilməsi
3. Vətəndaşlara xidmət üzrə ixtisasartırma
Təşəkkürlər Elm və Təhsil Nazirliyi.