Zəfər bayramımız mübarək!

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Zəfər günü ilə bağlı tədbirlər davam edir.

 Ümumi vəzifəmiz xalqımıza vərənpərvərliyi, vətən torpağına, millətə sədaqəti, vətən uğrunda şəhidliyə hazır olmaq hissini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Bu prosesdə pedaqoji kollektivin rolu böyükdür.

Bayram günləri bitsə də, məktəbimizdə bayram ab-havası hələ də davam edir. Bu gün qayıdan kimi doğma ocağımızda müəllim heyəti və 10-cu sinif şagirdlərinin iştirakı ilə daha bir ustad dərsi keçdik. Anım günü ilə bağlı keçirdiyimiz ustad dərsinin davamı olaraq yenidən həmrəy olduq. Yenə hər fənn üzrə bir müəllim məruzə ilə çıxış etdi. Bu dəfə çıxışlarda qürur var idi. İlk məruzəçi yenə görüşün əhəmiyyəti, məqsədi barədə məlumat verdi.Daha sonra digər məruzəçilər çıxış edərək şagirdlərin milli ruhda tərbiyə olunması, onların vətənini sevən, milli maraqları üstün tutan layiqli vətəndaş kimi formalaşmasında məktəbin böyük rolu olduğunu vurğuladılar. Mən isə zəfərə biganə qalmayan ədəbiyyatımızdan söz açdım...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi