Zəfər bayramımız mübarək

Binəqədi rayonunun R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə möhtəşəm bayram əhval ruhiyyəli Qələbə günümüz- Zəfər bayramımız qeyd olundu. Tədbir Azərbaycan himninin oxunması ilə başlandı, sonra məktəbə dəvət olunan qonaqlarımızla akt zalına yollandıq. Məktəbdə gün ərzində müəllimlərin təşəbbüsü ilə 1-ci Qarabağ müharibəsində və  44 günlük müharibədə şəhid olanlarımızın ruhuna  ehsan olaraq halva çalındı. Məktəbin bütün kollektivinə, qonaqlara, valideynlərə paylandı. Günün ikinci yarısı isə məktəbdə sözün əsil mənasında bayram büsatı yarandı. Zəfər büsatı hər bir şagirdin söylədiyi şerdə, səsləndirdiyi mahnıda, ədəbi bədii kompozisiyanın səhnəsində ruhumuzu oxşadı. Şagirdlər nə qədər bacarıqlı və istedadlı idilər.  Demək onları yetişdirən əsl müəllimlər də var. Tədbiri  əməkdar müəllim, məktəbin direktoru Almaz Həsrət çıxış sözü ilə bu günün özəlliyindən danışdı. Sonra şagirdlərin çıxışları dinlənildi. Tədbirdə  BDU-nun professoru Hikmət Əlizadə, Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə , QHT sədri Aidə Eyvazlı, əməkdar jurnalist Azər Həsrət, valideynlər və şagirdlər iştirak edirdilər. Bu günün əsas özəl iştirakçıları məktəbin Qarabağ müharibəsində iştirak edən qəhrəman məzunları idi. Onların sayəsində Zəfər gününün qeyd edilməsi dəfələrlə vurğulanırdı. 

Aidə Eyvazlı: "Mən Zəfərimizin müjdəsi olan Aprel Zəfərindən bəhs edən "Qalibiyyət: şahidlər və şəhidlər" ikicildlik kitabımı məktəbə hədiyyə verdim. Bu Zəfər bayramı tədbiri həm də ona görə yaddaqalan oldu ki, məktəblilər türk və türkçülük ruhunu, insanlıq fəlsəfəsini duyduqlarını, bütün miflərin puç və əfsanə olduğunu, yalnız Vətən, Torpaq və Bayrağın əbədi olduğunu nümayiş etdirdilər.

3 saylı Binəqədi məktəbinin müəllim və şagird kollektivi, Zəfərimizi kutlu və əbədi olsun !!!"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi