Aydıngün müəllimin Zəfər gününə həsr etdiyi dərsi

İki il bundan qabaq elə bu vaxtlar idi. Cənab Prezident, Ali Baş Komandan çıxış edən zaman bütün
azərbaycanlıların gözü ekranlara kilitlənirdi. Hər kəs çox böyük bir təlaşla bir vaxtlar dədə baba torpağından çıxıb 30 il həsrətini çəkdiyi torpağın adını eşitmək istəyirdi.  Eşitmək istəyirdi ki, doğma torpağı işğaldan azad oldu. Elə belə də oldu. 30 il mənfur düşmən tapdağı altında olan doğma Qarabağ işğaldan azad oldu. Ali baş komandanın dilindən çıxan hər bir sözü həsrətlə gözləyən azərbaycanlılar dünyanın harasında olurlarsa olsunlar sevincdən evdəki dörd divara sığa bilməyib, küçələrə axışırdılar. Dəmir yumruq kimi birləşən Azərbaycan xalqı düşmənə hər sahədə od qoydu. Allah vətən uğrunda canından keçmiş bütün əsgər və zabitlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi