Əməkdar müəllim Almaz Həsrətin Xalq qəzetinə açıqlaması

Şagirdlərimizin əxlaq kodeksi

Məlumdur ki, bütün müəssisələrdə daxili nizam-intizam qaydaları olur. Məhz uğurlu nailiyyətlər qazanmaq üçün müəssisə daxilində ciddi iş rejimi qurmaq lazımdır. Fikrimcə, etik davranış qaydalarının olması hər birimizin cəmiyyətə yüksək mədəniyyət daşıyıcısı kimi qatılmağımıza təsir edir. Nə yaxşı ki, son günlərdə şagirdlərin davranış qaydaları ilə bağlı sənəd hazırlanır və ictimai müzakirəyə çıxarılıb. Sənədə diqqət edəndə məktəb daxilində şagirdin bütün fəaliyyətinə toxunan məqamlara dair nüansları görürük. Daxili nizam-intizam qaydaları məktəbdən kənarda, müəssisənin ərazisində də qüvvədədir. Bu qaydaların valideynlərə də tətbiq edilməsilə daha uğurlu nəticə əldə edə bilərik.
Hazırkı gündə Elm və Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə təqdim edilən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı sənədin bütün şagirdlərə, valideynlərə həm dərs, həm də dərsdənkənar vaxtda məktəbin ərazisində olan digər vətəndaşlara müsbət təsirinin olacağına əminik.
Rəhbəri olduğum Binəqədi rayonu, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin “Məktəb Nizamnaməsi” hər yeni tədris ilinin sentyabr ayında keçirilmiş Pedaqoji Şuranın qərarına əsasən təsdiqlənir. Bu Nizamnamədə şagirdlərimizin məktəbdaxili davranışına dair vacib olan əsas qeydləri də yazmışıq. Nizamnamədəki qeydlərə uyğun məktəbdaxili nizam-intizam qaydalarını tənzimləməyə çalışırıq. Fikrimizcə, uşaqların və yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə, yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olan, spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və digər əməllər on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda – əməllərin dərəcəsinə görə 40 manatdan 100 manatadək cərimə edilsə, istədiyimizə nail olarıq. Həmçinin düşünürəm ki, on dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə, valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilsin. Belə olan halda uşaqlara valideyn təsirinin daha da artacağı və müsbət nəticə əldə ediləcəyi şübhəsizdir.
Nazirlik tərəfindən ictimai müzakirəyə təqdim edilən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı sənədə bu qeyd etdiyimiz bəndlərin də əlavə olunmasını tövsiyə edərdik. Çünki müxtəlif dəyərə malik, fərqli tərbiyə və davranışlara sahib olan ailələrdən gələn şagirdlərimizə qanuni ölkədə yaşadığımızı, qanunlarla həyatımızı yaşadığımızı aşılamalıyıq. Valideynləri də məktəbdaxili qaydalara sayğı ilə yanaşmağa təşviq etməliyik. Ailədəki münasibətləri məktəbdə təkrarlayan şagirdlərin hər biri də uyğun qarşılığını görməli və tam ümumiləşdirilmiş qaydalarla özünü idarə etməyi öyrənməlidir. Valideyn, şagird və müəllim tam qaydalara uyğun davranarsa, cəmiyyətimizin ən nizamlı vətəndaşı olaraq gözəl bir toplumun yaranmasına səbəb olacağıq.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

Mənbə: 

https://xalqqazeti.com/mobile/az/news/115199?fbclid=IwAR3SqX64lZkm217rz01BUnCkdxNJYyRz6UE2CoyMwk_tY5cijaKChcoSQBM

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi