“Sənə zəfər yaraşır!” mahnı müsabiqəsində fərqləndik

Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi sosial xidmət müəsisisəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 27 oktyabr 2022-ci il tarixində 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin 8 noyabr- Zəfər günü münasibətilə “Sənə zəfər yaraşır!” mövzusunda mahnı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd 8 noyabr- Zəfər Gününün qeyd olunması, Vətən Müharibəsinin tarixi əhəmiyyətinin gənclər arasında təbliği, vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, İstedadlı şağırdlərin musiqi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.

- Müsabiqənin nəticəsinə əsasən;

Müsabiqədə fərqlənən iştirakçılar:

1.Səlimli Ümid - 3 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi sinif şagirdi

2.Məmmədli Elxan - 3 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi

3.Əliyev Elay - 3 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi

 

Müsabiqədə qalib olan və fərqlənən hər bir iştirakçını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi