Gül-çiçəklə müəllimini gözləyən şəhidlər

Tanrı iki şəxsi zirvədə tutar. Birisi şəhiddir, digəri müəllim. Tanrı iki şəxsi müqəddəs yaradar. Biri qanı ilə Vətən yazar, digəri mürəkkəbi ilə. Qanı ilə Vətən yazanların zirvəsinə ha boylandıq, olmadı. Demə, bizim durduğumuz zirvə o zirvənin ətəyi imiş.

Bu gün müqəddəs peşə bayramında müqəddəsləri ziyarət etməyi özümüzə borc bildik. Keçdiyimiz Vətən dərsindən şəhidlik zirvəsinə ucalanlara, müəlliminin üzünü ağardanlara təşəkkür etmək üçün getdik. Nə yaxşı getdik. Sanki igid oğullar onları vətənpərvər ruhda böyüdənləri təbrik etmək üçün gül-çiçəklə gözləyirdilər. Ətrafdan cənnətin ətri gəlirdi. Dönərkən bir söz verdik. Uğrunda can verdikləri torpağa, vətənə layiq övladlar yetişdirəcəyimizə söz verdik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi