Şagirdlərimiz Memorial Kompleksin açılışında

28 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılışı mərasimində 10 e sinif şagirdləri bədii kompazisiya ilə çıxış etdilər. "Şəhidlik əbədiyyətdir" adlı tədbirdə şəhid ailələri də iştirak edirdi. Onların qarşısında çıxış etməyin ağırlığını təsəvvür edirik. Bu çətin və şərəfli işin öhtəsindən layiqincə gələn şagirdlərimizə təşəkkür edirik.

Tədbirin sonunda şagirdlərimiz şəhidlərimizin adı və soyadı həkk olunmuş kompleksin qarşısına qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi