Anım günü coğrafiyanı tədris edən Aliyə müəllimin təqdimatında
30 ilə yaxın idi ki, təcavüzkar ermənilər bizim torpaqlarımızı işğal etmişdi .
Rəşadətli ordumuz 44 günlük müharibədə düşmənə laiqincə cavab verdi.Bu müddət ərzində bizim yeraltı yerüstü sərvətimiz düşmənlər tərəfindən talanıb.Hətdda öz pis niyyətləri üçün xarici şirkətləri də cəlb ediblər.Artıq azad olmuş torpaqlarımız yenidən qurulur.Bütün infrastruktur obyektlər yenidən tikilir, yeni yeni layihələr hazırlanır.Qarabağın yeraltı yerüstü sərvətlərlə zəngin olması burada coxsahəli sənaye sahələrinin inkişafina geniş şərait yaradacaq.Qarabağ misi, qızılı, civəsi ,polimetal filizi, xromiti ,tikinti materialı, meşəsi ,mineral suları ilə zəngin olduğu ücün müxtəlif sənaye sahələrinin inkişafına geniş imkanlar açacaq.
Qarabağ külək, geotermal enerji mənbələri ilə zəngin olduğu ücün həmçinin yaşıl enerji zonasına çevriləcək.Həmçinin ən bolsulu çaylardan Həkəri, Tərtər ,Bərgüşad ,Oxçu çayların burdan axması gələcəkdə hidroenerji potensialını artıracaq.Qarabağın getdikcə geosiyası mövqeyi güclənir.Artıq Fizulidə hava limanı tikilib.Həmçinin Zəngilan ,Laçındada hava limanların tikilməsi planlaşdırılır.Zəfər yolu Qarabağda ən mühüm magistral yoludur ki ,çəkilişi artıq başa catıb.Ən əsası dövlətimiz ücün beynəlxalq əhəmiyyətə malik" Zəngəzur "nəqliyyat dəhlizinin cəkilməsi planlaşdırılır.Zəngəzur dəhlizi Azərbaycandan kecməklə qərblə şərqi qısa məsafədə qısaldacaq.Artıq 30 ilin həsrəti bitib.Qarabağa qayıdış mərhələli şəkildə həyata kecirilir.Zəngilanda "Ağıllı kənd"layihəsi nəticəsində Qarabağa qayıdış başlayıb.Artıq Qarabağımız gündən günə çiçəklənir ,gözəlləşir.Bütün bunlar Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində həyata keçirilir.
Biz birlikdə güclüyük!
"Qarabağ Azərbaycandır"sözünü bizə demək qismət olduğu üçün
qüdrətli ordumuza eşq olsun!
Allah şəhidlərimizə də rəhmət etsin!