Anım günü musiqi fənnini tədris edən Zilfirə müəllim və İlhamə müəllimin təqdimatında

Qarabağ 30 illik həsrətin sonunda vüsalına qovuşduğumuz mədəniyyət incimiz, musiqi beşiyimiz.

Musiqi mədəniyyətinin bütün yaradıcılıq qolları yüzilliklər boyu bu torpaqlarda yanaşı addımlamışdı. 
Aşıq sənətinin, muğamın, xalq mahnılıarının beşiyidir Qarabağ. Bəlkə də bu səbəbdən xalq arasında məşhur olan bu ifadə formalaşıb."Qarabağda hamının gözəl səsi olur, hətta körpələr belə muğam üstə ağlayıb, gülürlər. "Bu yurdun musiqi tarixi özü qədər qədimdir. Bu müqəddəs yurd yerli incəsənətimizə çoxlu xanəndələr, bəstəkarlar, musiqi ifaçıları, şairlər, yazıçılar bəxş etmişdi. Qarabağda ustad aşıqların sehrli simindən çıxan aşıq misiqisi bənzərsiz bir fidan kimi böyümüş, çiçəklənmiş və zamanla musiqi sənətimizin bütün sahələrinə təsir etmişdir. Onun təsirindən Arazbarı, Mani və Azərbaycanım musiqi simvoluna çevrilən "Qarabağ şikəstəsi"şikəstəsi yaranıb.
Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır. Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan Üzeyir bəyin böyüdüyü,musiqi tariximizdə əbədiləşən əsərlərinin yazdlğı ana yurdudur. Şuşa Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, Hacı Hüsünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfüqar Hacıbəyovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı yamaclı,güllü çiçəkli,buz bulaqlı ,dağ havalı təbiətindənilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub,könülləri fəth edib. 
Şerin, musiqinin vətənidir Qarabağ.Vaqif də, Zakir də bu yerlərdən ilham alaraq ədəbiyyatımıza incilər bəxş edib,serdən füsunkar bir çələng hörüblər. Beləcə musiqi ilə şerin vəhdətindən yaranan Qarabağ muğamları musiqimizin nəğməsinə çevrilib. Yalnız muöamdan ibarət deyil Qarabağın musiqi çələngi. Sevginin nəğməsini dinlədiyimiz "Segah"ı, lirik duyğulara daldıran "Şur"u həyacanı,qüssə kədəri duyduğumuz "Caharğah"ı,mərdlik və gümrahlıq hissi ilə insanı yenidən həyata qaytaran "Rast"ı var.
Qarabağ mühitində yetişmiş bir böyük sənərkar daha var -Cabbar Qaryağdıoğlu.Xanəndələr xanəndəsi muğamın ustadı
Qarabağın adı çəkiləndə  Seyid Şuşinskinin xatırlamamaq qeyri mümkündü.Yüksək ifaçılıq məharəti,zil səsi ilə "Arazbarı"aşıq havasını muğam ilk oxuyan ustad.
Qaryağdıoğlu onu Şərq musiqisinin incisi adlandırırdı.
Azərbaycan musiqisinin inkişafında  elə Qarabağdan çıxmış,adı Qarabağla qoşa çəkilən,musiqimizin klassiki,opera sənətinin banisi,görkəmli alim,musiqişünas, istededlı dramaturq, pedaqoq Üzeyir Hacıbəyov.Musiqi adamı yox,elə musiqinin özü olan adam.
Biri daha var.Adı çəkiləndə insanın ruhu qanad çalıb Qarabağa,gözəl Şuşaya uçur.
Özünəməxsus səsi,milli çalarları olan,Azərbaycan muğam sənətinin Xanı Xan Şuşinskidir."Qarabağ şikəstə"sini onun qədər təsirli oxuyan olmayıb.Məhz ona görə dəXanın adı çəkiləndə bu misralar yada düşür.
Könlüm keçir Qarabağdan, 
Gah bu dağdan,gah o     dağdan,
Axşamüstü qoy uzaqdan.
Havalansın Xanın səsi,
Qarabağın Şikəstəsi.
Elə məhz Xanın qəribsəyən ruhu Qarabağın musiqi rəmzi nə çevrilən bu nəğmə səslədi igidlərimizi Zəfərə.
Musiqinin,sənətkarların beşiyu olan dünyanın ən gözəl məkanı Qarabağ!
Düşmənin,yağının tapdağında qala bilərdimi?Əsla.Bu insanların sənətində,
anaların laylası,ataların öyüd nəsihəti ilə qanımıza hopmuşdu vətən torpağının sevgisi.30 il idi ki,içimizdə yaralı halda səslənirdi "Qarabağ şikəstəsi","Şuşanın dağları","Qarabağın maralı "mahnıları.Ürəklə oxuya bilmirdik, sanki.
Mahnıların həsrətinə və həsrətin şərqisinə son qoymaq üçün igidlərimiz cəngavərlik yerişini,döyüşə çağırışı ifadə edən "Cəngi"nin sədaları ilə qalxdı Vətənin müdafiəsinə.Onlar döyüşün ən qızğın anında belə topun,güllənin səsini deyil,Şuşanın dağlarında yanqılalan və bütün Azərbaycanda eşidilən Xanın səsini duyurdular.Onun narahar ruhu "Qarabağ şikəstəsi"ilə vətən oğullarını döyüşə səsləyirdi.Beləcə Zəfər nəğməsi oldu "Qarabağ şikəstəsi."
Qarabağın  musiqi ilə yorqulanan ecazkar ruhunun təsiri ,qəmzəli gülüşü ilə yaddaşlarda qalan Xudayarı cuşa gətirərək Vətən savaşının ən qızğın anında bu mahnını söylətdi.
Deyirlər bülbülə çəmən yaxşıdır.
İnsançün laləzar,vətən yaxşıdır.
Şair,sorma Vətən nıdən yaxşıdır?
Adı gəlcək könlüm dastana döndü. 
Dastana döndü...
İndi musiqi beşiyimiz olan, hər qarışında "Şur," "Segah" pərvazlanan hər daş,hər qaya igidlərimizin dilindən düşməyən bu azadlıq,Qələbə şərqisini dinləyir."Xudayarın təsnifi"ilə həsrətin şərqisi bitdi.Zəfərin nəğməsi oxundu musiqi beşiyimiz Qarabağda,Şuşada !Azadlığın nəgməsi ilə  Qarabağın bütün dağları, təpələri, dərələri,düzləri gül çiçəyə büründü.Eşqi ilə şerlər yazılıb,nəğmələr bəstələnən Xarıbülbülün şərəfinə festival təşkil edildi.Ana yurdun əsl sahibləri yalnız Qarabağda bitən bu gülün görüşünə gəldi.Görkəmili bəstəkarlarımızın əsərləri Şuşada əks səda doğurdu.Xarıbülbülün ətri və gözəlliyi isə onu görənləri başqa cür heyran etmişdi.Çünki,mərd igidlərin qanı ilə sulanan torpağın bağrında bitmişdi.Onun ətrində vətəni,milləti,yurdu üçün atasını,anasını,yarını,övladını arxasında  buraxaraq Qarabağın azadlığı üçün canından keçən igidlərin qoxusu duyulurdu.Artıq xarıbülbül təkcə Qarabağın nadir çiçəyi deyil, o həm də Zəfər nəğməsinin ən zil melodiyası olmuşdu.
Səcdəgahımız,qibləgahımız olan Qarabağda musiqinin,muğamın təsiri ilə artıq təbiətin hər fəslində bülbüllər oxuyur,quşlar cəh cəh vurur.Zəfər nığməsi çalınandan bıri bu torpaqlarda canlı və cansız olan hər bir şey danışır.Təbiətin ruhunu oxşayan bu şərqinin təsiri ana torpağı da dilə gətirdi. İllərdir anasından ayrı düşərək həsrətin alovu ilə qovrulan vətən torpağı yeri göyü lərzəyə gətirəcək bir hayqırışla "Ayrılmaz,ayrılmadı və heç zaman ayrılmayacaq könül candan" söylədi.,

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi