Anım günü kimyanı tədris edən, əməkdar müəllim Aidə Möhbalıyevanın təqdimatında

Doğma vətənimizin gözəl guşələrindən biri olan Qarabağımız 30 illik həsrətdən, yağı düşmən işğaləndan sonra axır ki, öz azadlığına qovuşdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu müddət ərzində ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurmuşdur.
İşğaldan əvvəl aparılmış proqnoz qiymətləndirilməsi nəticəsində çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri müəyyən edilmişdir. Metal faydalı qazıntılara nümunə olaraq xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqlarını qeyd etmək olar. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. kimi qiymətli metallar müşahidə edilir. Adıçəkilən filizlərdə ən çox əhəmiyyət kəsb edən isə qızıl yataqlarını göstərmək olar.
İşğal dövründə Ermənistan tərəfindən filiz və qeyri-filiz yataqları talan edilmiş, heç bir texnoloji normalar qorunmadan istismar edilmişdir. Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, xüsəsən də Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları xarici şirkətlərlə birgə istismar edilmiş, Azərbaycanın milli sərvəti talan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Nəzərə alsaq ki, bu torpaqlar 30 il işğal altında qalıb və orada hər bir iş yenidən qurulmalı, tarixi torpaqlarımızda mineral xammal yataqların qiymətləndirilməsinin aparılması, sovet dövrünə aid məlumatların dəqiqləşdirilməsi, eyni zamanda yeni formalaşmış qiymətləndirmə üsulları əsasında yeni mineral xammal xəritələrinin formalaşdırılması əhəmiyyət daşıyacaqdır. Hazırda ölkəmiz bu kimi işlərin davamlı həyata keçirilməsi üçün güclü iqtisadiyyata sahibdir. İqtisadiyyatın daha da inkişafı üçün Qarabağın yenidən qurulması vacibdir. Qarabağın işğaldan azad olunması ölkə iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə verəcəkdir.

Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları    112,5 ton olan və istismar olunan Söyüdlü ( Zod) qızıl yatağı mədınində çıxarılan 1 ton filizin tırkibində minimum 0,6 qram qızıl var, qlzıln aşkar olunan miqdarı bpyük intervalda (0,6-22,6 q/ t) dəyişir. Zod qızıl yatağının potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi