Anım günü tarix fənnini tədris edən Nigar müəllimin təqdimatında

Vətən , sənə hər şey fəda olsun, sənə qurban canımız, sənsən bizim doğma ünvanımız. 
Vətən __ bu kəlməni səsləndirərək belə insanın ruhu titrəyir, bir qürur bir güvən duyğusu hiss edirik. 

27 sentyabr 2020-ci tarixində Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri,  Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız , bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək, bir yumruq kimi həmrəy olub, birlikdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən müharibə cinayətlərinə əl atmışdır və cəbhədən uzaqlarda yerləşən sivil əhalini hədəf alaraq ordumuzun sarsıtmağa çalışmışdır. Döyüş zonasından kənarda yerləşən Bərdə və Gəncə şəhərləri düşmənin əsas hədəfinə çevrildi, raketlərlə atəşə tutuldu. Ancaq yenə də xalqımızın iradəsini sındıra bilmədilər. Bütün çətinliklərə baxmayaraq, düşmənin hərbi gücünü sarsıdıb, doğma torpaqlarımızı tərk etməyə məcbur etdik. Azərbaycan ordusunun sentyabrın 27-dən Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər , 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə 30 ilə yaxın düşmən işğalında olan ərazilərimiz azad edildi. 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli və Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar, Ağdərə və Murovdağ istiqamətindəki yüksəkliklər, 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl və Füzuli rayonlarının bir neçə kəndi, eyni vaxtda 4 oktyabr tarixində Cəbrayıl şəhəri , 17 oktyabr tarixində Füzuli şəhəri, 20 oktyabr tarixində Zəngilan şəhəri , 26 oktyabr Qubadlı şəhəri, 8 noyabr tarixində isə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsindən sonra Azərbaycanın müzəffər ordusuna tab gətirə bilməyəcəyini dərk edən düşmən 10 noyabr tarixində üçtərəfli sazişi imzalamaq məcburiyyətində qaldı. Razılaşmaya əsasən Ermənistan ordusu silahları yerə qoyub geri çəkilməl , digər üç rayonumuzu Ağdam, Kəlbəcər və Laçını  döyüşsüz ,qerri şərtsiz tərk etməli oldu. Böyük qələbə xalqımızın birliyi həmrəyliyi  , ölkə rəhbərliyinin düzgün zamanında və döğru siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı hesabına əldə edildi. Necə deyərlər "Biz birlikdə güclüyük"
 Qələbə sorağı, bir birinin ardınca işğal altında olan torpaqlarımızın azad olunması, üçrəngli bayrağımızın bu ərazilərdə dalğalanması bizi nə qədər sevindirirdisə, bütün bunlara nail olan igid, mübariz, cəsur oğullarımızın Vətən uğrunda canlarından, qanlarından keçmələri, şəhadətə ucalanların xəbəri bizi bir o qədər sarsıdırdı. Bu müharibədə Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, 1000 nəfərdən artıq hərbi qulluqçumuz öz sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin , qazilərimizin qanı və canı bahasına azad edilmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirmişdir. Bu qəhrəman övladlarımıza dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə 27 sentyabr Respublikamızda anım günü kimi qeyd edilməsi qərara alınmışdır.
Vətən uğrunda can verən varsa o şəxs özü Vətəndir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi