Anım günü STEAM fənnini tədris edən müəllimlərin təqdimatında

STEAM dərsini tədris edən məktəbimizin fizika müəllimi Səbinə Hacıyeva və rəsm müəllimi Nərminə Mirzəyevanın çıxışı: 

"İkinci Qarabağ savaşı  bu gün bütün dünya üçün yeni müharibə modeli kimi qəbul olunur. Ali baş komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz sübut etdi ki, artıq meydanlarda keyfiyyət kəmiyyəti üstələyir. Çağdaş dünyamızda müharibədə qalibiyyət üçün məntiqi düşüncə, döyüş meydanındakı vəziyyəti tez və dəqiq analiz etmə bacarığı, öz  qüvvələrini düzgün hesablama qabiliyyəti  daha önəmlidir. Bu gün Azərbaycan ordusu dünyaya nəsillərdən gələn hərb bacarığının ən pik zirvəsində olduğunu sübut etdi. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) , sensorlardan yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı. Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. 
Zaman göstərdi ki, artıq kiçik yaşlarından hər kəsi texnoloji yeniliyə, ixtiraçılıq və mühəndislik bacarıqlarının inkişafına, əldə olunan biliklərin praktik tətbiqinə alışdırmaq vacibdir. 
Nə qədər müasir texnika, hərbi sursat, ultradəqiq silahlarla təchiz olunsa da, milli ruhu olmayan ordunun qələbə çalması mümkün deyil. Torpaq üstünə qan töküləndə vətən olur deyirlər. 3000 can itirdik, yüzlərlə qazilərimiz var. Qələbəmizi onlara borcluyuq."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi