Valideyn məktəbimiz barədə

Hörmətli valideyn, məktəbimizin ünvanına yazdığınız xoş sözlərə görə sizə təşəkkür edirik. 3 nömrəli məktəbin kollektivi adından sizə çox sağ olasınız deyirik.

""Salam dostlar. Bu gün sizinlə qarşılaşdığım mənzərəni paylaşmaq istərdim.

Binəqədi rayonu 3 saylı məktəbdə gördüklərim məni sözün həqiqi mənasında valeh etdi. Məktəbdə yaradılmış xüsusi bir guşə vardı. Burada şəhidlərimizin, milli qəhrəmanlarımız şəkilləri Azərbaycan bayrağı fonunda xüsusi diqqət çəkirdi. Məktəblilərin şəkillərə baxdıqlarını, nəyisə müzakirə etdiklərini gördüm. Dərs prosesi oldugunu düşündüm və sadəcə gözləyirdim. Bu zaman bir müəllim məndən nə üçün gözlədiyimi soruşdu. Direktorla görüşəcəyimi sadəcə dərsin bitməsi üçün gözlədiyimi bildirdim. Müəllim mənə dərs deyil tənəffüs oldugunu bildirərək uşaqların burdakı toplantısını və müzakirəsini hər zaman görə biləcəyimi dedi. Həqiqətən çox qürurverici və möhtəşəm səhnə idi. Uşaqlar sakit və mədəni davranışları ilə yüksək etik qaydalar nümayiş etdirirdilər. Belə nümunəvi təlim-tərbiyyə və tədris prosesinin təşkilinə görə məkrəbin direktoru, əməkdar müəllim xanım Almaz Həsrətə bir valıdeyn kimi öz dərin təşəkkürümü bildirir, təhsilimizin inkişafındakı fədakarlıgına görə çox sag olun deyirəm. Ugurlarınız bol olsun xanım direktor Almaz Həsrət. Təhsilimizin nümunəvi inkişafında atdığınız hər addım ugurlu olsun. Sizə can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram""

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi