5-ci sinifə keçəcək şagirdlərin valideynləri ilə görüş

9 sentyabr 2022-ci il saat 17:00-da məktəbimizin 5-ci sinifə keçəcək şagirdlərin valideynləri ilə görüş keçirildi.

Məktəbimizin direktoru,respublikanın əməkdar müəllimi Almaz Həsrət valideynləri salamlayaraq, onların hər birini yeni tədris ili münasibətilə təbrik etdi. 5-ci sinifə keçəcək şagirdlərin yeni sinif rəhbərləri ilə tanış etdi. Valideynlərə məktəblə və müəllimlərlə sıx əməkdaşlığa dəvət etdi.

Növbəti çıxış üçün söz tədris işləri üzrə direktor müavini Təranə Əliyevaya verildi. Təranə müəllimə valideynlərə ibtidai sinifdən ayrılan şagirdlərin yuxarı sinifə keçərkən yeni müəllimlərə öyrəşməsinə və yeni sinif otağına adaptə olunmalarında köməklik etmələrini söylədi. Bildirdi ki, valideyn övladının yanında olsa, ona kömək və dəstək olsa, şagirddə uyğunlaşma çox rahat olacaq. Təranə müəllimə 5-ci sinifə gələcək şagirdlərin dərs cədvəli və onlara fənnləri tədris edəcək müəllimlər barədə də geniş məlumat verdi.

Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi