Birincilərimizin valideynləri ilə görüş keçirildi

9 sentyabr 2022-ci il tarixində saat 16:00- da məktəbimizə qədəmlərilə ilk sinfə gələcək birincilərimizin valideynləri ilə görüş keçirildi.

Məktəbimizin direktoru, respublikanın əməkdar müəllimi Almaz Həsrət övladlarını birinci sinifə ilk gətirəcək valideynləri salamlayaraq, onları təbrik etdi və seçimlərində yanılmadıqlarını söylədi. Məktəbin son uğur və naliyyətləri barədə söz açan Almaz xanım, 15 sentyabrda gələcək fidanlara yeni tədris illərində uğurlu təhsil ili olacağına və bu uğurun yalnız valideynlərin məktəblə sıx əməkdaşlığı çərçivəsində reallaşacağı təqdirdə olacağını vurğuladı. Cəmiyyətimizə əsl yararlı vətəndaş, sağlam düşünən nəsil yetişdirilməsində əməyi olan yalnız fədakar müəllimlərlə bərabər çalışmalarının nəticəsi ilə baş tutacağından söhbət açdı.

Sonra çıxış üçün söz tədris işləri üzrə direktor müavini Təranə Əliyevaya verildi. Təranə müəllimə valideynləri sinif rəhbərləri və həmin siniflərdə dərs deyəcək fənn müəllimləri ilə tanış etdi. Dərs cədvəli və şagird nizam- intizam qaydaları barədə geniş məlumat verdi.

Valideynlərin hər birini yeni tədris ili münasibətilə təbrik etdi. Övladlarının təhsilinin daim diqqətdə saxlayacaqlarını bildirdi.

Valideynlər məktəbimizdən xoş təəssüratlarla ayrıldılar. 15 sentyabrda görüşənədək, hörmətli valideynlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi