Kanadanın vətəndaşı olan məktəbimizin məzunu

9 sentyabr 2022-ci il tarixində məktəbimizin direktoru Almaz Həsrətin 1998-1999-cu illərin bir məzununun müəllimləri ilə sürpriz görüşü təşkil olunmuşdur. Unudulmaz və yaddaqalan məktəb həyatının hər anını illər öncə təkrar yaşamaq niyyətinin reallaşdırılmasına dəstək olan direktorumuz Almaz xanım, bu görüşü gerçəkləşdirdi. Xatirələr dolu anlar yaşayan və yaşadan məzunumuz barədə məlumatı nəzərinizə çatdırırıq.

Vaqif Caabarov 1999-cu ildə R. Əlıyev adına 3 saylı tam orta məktəbini bitirib.

2000- ci ildə Ali Diplomatiya kollecinə qəbul olub.

2004- cü ildə oranı əla qiymətlərlə bitirərək fərqlənmə diplomuna layiq görülüb.

2004- cü ildə Fransanın Bordo şəhərindəki Institut d'études politiques - Siyasi Elmlər İnstitutuna qəbul olub.

2004-2005-ci illərdə oranı bitirdikdən sonra 2005-2006-cı illərdə həmin institutun Tuluz şəhərindəki filialına qəbul olaraq, oranı da uğurla bitirib.

2006-cı ildə Kanadanın Monreal şəhərindəki Université du Québec à Montréal - Monrealda Kebek Universitetinə qəbul olub. Təhsilini uğurla bitirdikdən sonra elə həmin şəhərdə qalır.

Hal hazırda Kanadanın Kebek əyalətinin əhalinin təhlükəsizliyi nazirliyində xüsusi konstabl vəzifəsində çalışır.

Vaqif Kanadanın vətəndaşı olmağına baxmayaraq, xaricdə Azərbaycanın əsl vətən oğlu kimi elini, obasını, dövlətini layiqincə təmsil edir.

Ən çox sevdiyi müəllimlərini görmək istədi Vaqif. Coğrafiya fənnini sevdirən Kifayət müəllimini, Azərbaycan dili və ədəbiyyatı fənnini öyrədən Şəfaqət müəllimini, riyaziyyatı sevdirən Vahid müəllimini, Oqtay müəllimini görmək arzusu idi, reallaşdı o arzu.

Əsl müəllimə doğru qiyməti məzunlar verər. Budur 3 nömrəli məktəbin yüksək mənəviyyatlı əsl müəllimləri. Dəvətimizi qəbul edib, məzunu ilə görüşə gələn müəllimlərimizə möhkəm cansağlığı arzulayırıq. Vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi