"Azərbaycan Respublikası Uşaqlara dair 2020-2025-ci illər üçün Fəaliyyət Planı"na dair tədbir

9 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının əməkdar müəllimi, məktəbimizin direktoru Almaz Həsrət DİN, Binəqədi RİH, Binəqədi Polis idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib. Mövzu Azərbaycan Respublikası Prezidentinin 02.06.2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Uşaqlara dair 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nı əhatə edirdi. Geniş və məzmunlu çıxışlardan sonra məktəb direktorlarına söz verildi. Məktəbimizin direktoru Almaz Həsrət şagirdlərin təlim- tərbiyəsində, pis vərdişlərdən uzaq olmalarında yaxından dəstək olan Binəqədi rayonu 5 nömrəli Polis bölməsinin rəhbərliyinə və əməkdaşlarına, icra hakimiyyətinin aidiyyatı şöbə əməkdaşlarına birgə fəaliyyətlərinə görə təşəkkürünü söylədi. Bu əməkdaşlığın növbəti yeni tədris ilində də möhkəm olacağını və birlikdə şagirdlərin cəmiyyətimizə yararlı bir şəxsiyyət kimi yetişdirilməsi istiqamətində bərabər iş görəcəklərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi