Kunq- fu Sanda idman növündə qələbə qazandıq

3 nömrəli tam orta məktəbin 5 c sinif şagirdi Nəzərov Yusif kiçik yaşlarından Şərq əlbəyaxa döyüş növü olan Kunq- fu Sanda idman növü ilə məşğul olmağa başlamışdı. O, bu idman növünə böyük maraq göstərib. Şagirdimiz 28 -29 may tarixlərində 28 may Respublika gününə həsr olunmuş Respublika çempionatında qələbə qazanmışdı. Şagirdimiz Nəzərov Yusif bundan sonra da idmanla məşğul olacağına və bundan da böyük arenalarda Azərbaycan bayrağının yüksəldəcəyini söyləyir. Biz də onun bu arzularına qoşulur və onu bu qələbə münasibəti ilə təbrik edirik. Qarşıdakı yarışlarda ona güclü, möhkəm olmağı, Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandırmağı arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi