1992-1993-cü ilin məzunları doğma məktəbimizdə

Bu gün məktəbimizdə yaman səs-küy vardı. Şagirdləri heç susdurmaq olmurdu... Səsləri bütün mərtəbələri götürmüşdü... 1992-1993-cü ilin məzunlarının görüş günü idi bu gün. Məktəbimizin məzunları, xüsusilə də bəzi qız və oğlanları dəcəlliklərinin hələ də itirmədiklərini sübuta yetirdilər. Məktəb mühiti, sinif otağına daxil olarkən və parta arxasında əyləşən kimi sanki elə həmin illərin məktəbliləri kimi davrandılar. Sanki böyüməmişdilər. Sürpriz olaraq, onlara dərs deyən müəllim həmkarımızı da görüşlərinə dəvət etmişdim. Müəllimlərinə baxışlarını, sinif otağındakı davranışlarını, bir- birinə qarşı olan zarafatlarını görmək lazım idi. Bu gün onların hər biri keçmiş, gözəl, unudulmaz məktəb həyatı günlərini, həmin o keçmiş duyğuları təkrar yaşadılar.

Əziz məzunlar, doğma təhsil ocağınıza bir daha xoş gəlmisiniz deyirəm. Məktəb illərinin həqiqətən də unudulmaz olduğunu bir daha göstərmiş oldunuz. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Təkrar gəlişinizi gözləyirik. Məktəbinizi və sizə dərs deyən müəllimlərinizi heç vaxt unutmayın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi