Orucova Fərqanə müəllimin Zəfər tarixi dərsi

R.Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri sanki yarışa çıxmışdılar. Hamı çox fəal idi. Zəfər tariximizin incisi sayılan Şuşa ilini yaddaşlara qızıl hərflərlə yazmağa çalışırdılar. Məktəbimizin dəyərli həmkarı, tarix fənnini tədris edən Fərqanə müəllimənin sinif rəhbəri olduğu 8a sinfinin şagirdləri ilə bərabər mükəmməl tədbiri oldu. Məktəbin həyətində, açıq havada keçdiyi dərsi çox böyük coşqu ilə yaddaşlara həkk olundu. Şagirdlərimiz mükəmməl çıxışları, ifaları ilə müharibə günlərindəki hadisələri böyük ustalıqla canlandırdılar. Qələbəmiz var olsun!

Bu Zəfər tarixini bizə yaşadan Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdarıq. Torpağı qanı ilə sulayıb Vətən edən şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza və qazilərimizə şəfa diləyirik.

Məktəbimizin tarix müəllimi Fərqanə müəlliməyə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi