Bəstəkar qonağımız oldu

Binəqədi rayonu R Əliyev adına 3 nömrəli tam orta məktəbin qonağı tanınmış bəstəkar Sevinc Tofiqqızı oldu.

Bu gün "28 May Müstəqillik günü" münasibətilə ibtidai sinif rəhbəri Şadilə müəllimənin lV sinif şagirdləri ilə tədbiri keçirildi. Tədbirimizin fəxri qonağı bəstəkarımız Sevinc Tofiqqızı idi. Dəvətimizi qəbul edib, iştirak etdiyi üçün Sevinc xanıma təşəkkürümüzü bildiririk. Şagirdlərimiz Sevinc xanımın bəstələdiyi vətənpərvər mahnılarını böyük sevgi və ruh yüksəkliyi ilə oxudular. Bayramı çox yüksək səviyyədə keçirdiyindən Şadilə müəlliməyə, musiqi müəllimi Şümşad müəlliməyə kollektivimiz adından böyük təşəkkür edirik. Var olun.

 

Sevinc xanım yazır: " Dəvətə görə məktəbin direktoru, respublikanın əməkdar müəllimi Almaz Hasret xanıma və Şimşad müəllimə təşəkkür edirəm.

28 may Müstəqillik Gününə həsr olunmuş tədbirdə bəstələdiyim mahnıları şagirdlərin ifasında dinləmək həqiqətən də bir başqa zövq oldu. Vətənpərvər mahnılarımı şagirdlər çox böyük ruh yüksəkliyi ilə ifa etdilər. Bu da mənə yeni vətənpərvər mahnıların yazılmasına stimul verdi. Əhsən gül şagirdlərimizə."

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi