"Şuşa ili" ilə əlaqədar şagirdlərin əl əməyilə kiçik muzey yaradıldı

Məktəbimizin tarix müəllimi Kəmalə Həsənova 6a və 6b sinif şagirdləri iləl birlikdə noyabr-may ayları ərzində Etwinning platformasında: “Maket Müze- Sinif .Okullarimizda Dünya Ve Ülkemizin Tarihi Müzeleri Fotoğraflarin Dişinda Ve Üçüncü Boyutunda. Enine Boyuna”adlı növbəti layihədə iştirak etmişlər. Layihədə Azərbaycandan 1, Türkiyədən 4 məktəb təmsil olunurdu. K.Həsənova, eyni zamanda layihənin qurucularından biridir. "Şuşa ili" ilə əlaqədar layihə üşün şagirdlərin əl işlərindən ibarət maketlər hazırlanmışdır. 
  Layihədə Sunay Akının oyuncaq muzeyi nümunə olaraq götürülmüşdür. Layihənin əsas məqsədi şagirdlərə YUNESCO-nun mədəni irsinin, tarixi memarlıq abidələrinin və mədəniyyətlər arasındakı əlaqənin əhəmiyyətini aşılamaq, maket hazırlamaq,  muzey işi ilə yaxından tanışlıq və məktəbdə kiçik də olsa bir muzey yaratmaq idi. İlk  öncə şagirdlər müxtəlif web 2.0 alətlərindən istifadə etməyi öyrəndi, bacarıqları inkişaf etdi və əldə etdiklərini təhsil həyatında tətbiq etdilər. Şagirdlərin səviyyəsinə uyğun Avatar yaratma, səslər üçün avatoon/momentcam və chatterpix, söz buludu üçün WORD ART, afişalar, loqolar-kollajlar-kitab ayıracı üçün Canva, sorğular üçün google formaları-ön test/son testlər, giriş videoları üçün flixpress, tapmaca üçün JINGSAW PLANET PUZZLE fəaliyyəti, hekayə təqdimatları və maketlərin təqdimatları üçün video çəkiliş, ölçmə və qiymətləndirmə fəaliyyətlərində Kahoot və Learning aps kimi əyləncəli proqramlardan istifadə edilmişdir.
Layihə müddətində 8 fəaliyyət həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi