Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

10 may 2022-ci il tarixində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə möhtəşəm tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə Millət vəkilləri Məlahət İbrahimqızı, Rüfət Quliyev, AQSİA rəhbəri Səkinə Babayeva, AQSİA katibi Mətanət Ağamirli, Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi qəzeti"ndən Niyazı Şərifsoy, "Azərbaycan Məktəbi" jurnalının əməkdaşları, Binəqədi rayon YAP nümayəndəsi Günay Mehtiyeva, Hədəf şirkətlər qrupunun təsisçisi və rəhbəri Şamil Sadiq, VMA sədri Şahin Rəcəb, Çinar yayım evinin rəhbəri Bəhram Oruclu, Təhsil Cəmiyyətinin sədri Taleh Şahməmmədov, II Qarabağ müharibəsinin iştirakçıları olan qəhrəman məzunlarımız, məktəbin müəllim kollektivi iştirak edirdilər.  Şagirdlərimizin ifasında olan gözəl kompozisiyalar qonaqlarda xoş təəssüratlar yaratdı. Tədbirdə iştirak edən fəxri qonaqlarımız Millət vəkilləri və məktəbin tarix müəllimi Vətən Hüseynov Heydər Əliyev müasir Azərbaycanın memarıdır deyərək, çox maraqlı çıxışlar etdilər.  Qonaqlarımız dahi şəxsiyyətin həyat yolundan, xalqımızın azadlığı və firavanlığı yolunda yorulmaz fəaliyyətindən danışdılar. Tədbirin sonunda məktəbin direktoru Əməkdar müəllim Almaz Həsrət qazi məzunlara ulu öndərin arzusunu Prezidentin davamçısı olan İlham Əliyevin düzgün siyasətinin nəticəsi olaraq torpaqlarımızı işğaldan azd etdikləri üçün təşəkkürünü bildirdi. 

Məktəbimizin musiqi müəllimi Zilfirə xanımın təşkilatçılığı ilə hazırlanmış anım tədbirində şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli filmin müşayiəti ilə şerlər nümayiş səsləndirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi