UNEC şagirdlərimizlə görüşdü

5 may 2022-ci il  UNEC müəllimi Aslan Əzimzadə və siy.f.d., dos. Pərviz Səmədov məktəbimizin 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirdilər.

Aslan Əzimzadə: "Bu gün siy.f.d., dos. Pərviz Səmədov ilə birlikdə R.Əliyev adına 3 saylı tam orta məktəbdə 9-10-11-ci sinif şagirdləri ilə görüşdük və doğma universitetimiz olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təhsil imkanları haqqında məlumat verdik. İlk öncə R.Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Almaz xanım Həsrətə tədbirin yüksək səviyyədə keçməsi ilə bağlı şərait yaratdığı üçün dərin təşəkkürümü bildirmək istərdim. Şagirdlərlə görüşümüz olduqca produktiv keçdi. Görüşdən sonra şagirdlərin müxtəlif suallarını cavablandırdıq.

Şagirdlərimizi belə vətənpərvər eyni zamanda elm və biliyə yüksək həvəsli görmək məni olduqca sevindirir. Bir daha dərin təşəkkürümüzü bildiririk!"

Gələn qonaqların xoş təəssüratlarını sosial şəəbəkədə qeyd etdiklərinə görə onlara təşəkkür edirik. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi