Karatedən birinciliyi qazandıq

Məktəbimizin 6a sinif şagirdi Məlikov Məhəmməd növbəti birinciliyi ilə bütün kollektivimizi sevindirdi. Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyev və Qobustan rayon şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər, kişilər və qızlar arasında Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Kempo idman növləri üzrə keçirilmiş açıq respublika turnirində 35 kq çəkililər arasında I yeri qazanaraq Diplomla təltif olunmuşdur. Əhsən Məhəmmədə. Qarşıdakı idman yarışlarında sənə daima uğur qazanmağı arzulayırıq.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi