Biologiya dərsi açıq havada

Məktəbimizin biologiya müəllimi Ömərova Təranə biologiya fənnini növbəti dəfə təbiətin qoynunda keçməyi qərara almışdı.  Bu dəfəki dərsi 9e sinfinə idi. Artıq şagirdləlr biologiya dərsini sinifdə deyil, məktəbyanı həyətdə keçirilməsinə üstünlük verirlər. Çünki bütün vəsaitləri canlı müşahidə edirlər. Bu da dərsə maraqlarını daha da artırır.  Təranə müəllimənin bu dəfəki dərsinin mövzusu bioloji müxtəlifliyin qorunması və Azərbaycanda ekoloji problemlər idi. Dərsin məktəbyanı sahədə keçirilməsi şagirdlərdə dərsə marağının daha artmasını görən Təranə müəllimə şagirdləri ilə çox maraqlı müzakirələr apararq, onlarda təbiəti sevməyi və onun keşiyində dayanmağl kimi hisslərin də aşılanmasına nail olmağa çalışır. Məktəbin həyətində bitən zeytun, tut ağacı, zəncirotu, zənciçiçəyi və s. bu kimi bir sıra bitkilərin, müxtəlif quş və həşəratların olması biomüxtəliflik haqqında mövzunun mənimsənilməsinə böyük imkanlar  yaradır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi