"Biz Şuşaya qayıdırıq" tədbirimizdən

Fəaliyyət Planına uyğun olaraq "Şuşa ili" ilə əlaqədar  Binəqədi rayon R Əliyev adına 3 saylı tam orta məktəbdə silsilə tədbirlər hələ də davam edir. Dərsimizin bu günkü mövzusu "Biz Şuşaya qayıdır". Məktəbin tarix müəllimi Nigar Məmmədova 5d sinif şagirdlərinin iştirakı ilə Azərbaycan tarixi dərsində "Qarabağda aparılan quruculuq işləri" ilə bağlı konfrans keçirilmiş. Konfransda torpaqlarımızın azad edilməsindən sonra görülən bərpa işlərindən söhbət aparılıb. Video çarxlar böyük maraqla izlənildikdən sonra, görüntülər ətrafında müzakirələr aparıldı. Şagirdlərin bir-briindən maraqlı çıxışları dinlənildi. Tədbirin sonunda "Qarabağda aparılan quruculuq işləri"ndə hər bir şagirdin hansı qatqı verəcəyi də dilə gətirildi. Dərsdə şagirdlər əyani vəsaitlərdən,dərslik və xəritələrdən istifadə edərək Vahid Azərbaycan sərhədlərinin bərpa olunmasından qürurla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi