3 nömrəli məktəbdə Peşə təhsilinə dair seminar keçirildi

26 aprel 2022-ci il tarixində Peşə təhsili üzrə mütəxəssislər məktəbimizin 8-9-10-11-ci sinif şagirdləri ilə görüş keçirmişdilər. Görüşdə şagirdlərimizə Peşə təhsili ilə bağlı təqdimat və videoçarxlar göstərildi. Maraqlı müzakirələr və diskusiyalar aparıldı. Peşə təhsilin önəmli olması barədə çıxışlar oldu. Məktəbin direktoru Əməkdar müəllim Almaz Həsrət  Zəfər illəri ilə əlaqədar Dövlətimizin Qarabağda apardığı quruculuq işlərində məhz indiki gənclərin sayəsində yüksələcəyini və abadlaşdırılmasında rolu olacaqlarını vurğuladı.  Şagirdlərimiz Peşə təhsilinə olan maraqlarını açıq şəkildə fikirlərində bildirdilər. Gələcəyimizin qurucuları olacaqlarına və uyğun peşəyə sahib olacaqlarını ifadə etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi