3 nömrəli məktəbdə açıq havada "Oxu Günü"nə həsr olunmuş dərs keçirildi

BŞTİ nin 18.04.2022 - ci il  tarixli F-147nömrəli əmrinə əsasən "Oxu Günü" layihəsinin  icrası ilə bağlı tədbirlərə start verilmişdir. Məktəbimizin  5-ci sinif şagirdləri bu layihəyə böyük həvəslə qatılmışlar. Azərbaycan dili - ədəbiyyat müəllimi Səbinə İmanova şagirdlərdə oxu vərdişini formalaşdırmaq, mütaliəyə marağı gücləndirmək üçün görkəmli yazıçı, publisist, dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına müraciət etmiş, açıq havada, təbiət qoynunda şagirdlərlə birgə əsərlərin müzakirəsini aparmışdır. Ədibin hekayələrini maraqla oxuyan şagirdlər hekayələrdən kiçik səhnəciklər göstərmiş, əsərlərlə bağlı çəkdikləri rəsm əsərlərini təqdim etmişlər. Cəhaləti, mövhumatı pisləyən, elmi, tərəqqini  təbliğ edən əsərlərin şagirdlərimizin dünyagörüşündə böyük rol oynayacağına əminik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi