"Yaradıcı müəllim" müsabiqəsinin birincisi: 3 nömrəli məktəbin müəllimi kimya fənnin tədrisinə yeni yanaşma gətirib

Təyin olunduğum məktəbdə aşkar etdiyim əsl yaradıcı müəllim. İllərlədi ixtirası işıqlandırılmırdı. (Bu fəaliyyəti dəstəkləyən BŞTİ rəhbərliyi Mehriban xanıma və Ziyafət müəllimin fəaliyyətinin mediada işıqlandırılmasında dəstək olan Bəşarət Məmmədova təşəkkür edirəm) Müsabiqəyə qatılmaq istəmirdi. İnanmırdı və nədənsə çəkinirdi. Təkidlə bu müsabiqəyə qatılmasını tövsiyyə etdim və ədalətə inanmasını bildirdim. Qatıldı və şəffaf seçimin olduğuna əmin oldu. Təbriklər Ziyafət müəllim. Təbriklər 3 nömrəli məktəbimizin kollektivi.

Kimyaya yeni yanaşma gətirən paytaxt müəllimi

Öz fənnini şagirdlərinə sevdirən Bakı şəhəri 3 nömrəli tam orta məktəbin kimya müəllimi Ziyafət Abbasovun maraqlı elmi yanaşması sayəsində şagirdlər kimyanı daha asan üsullarla öyrənə bilirlər. O, bu elmi yeniliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan “Yaradıcı müəllim” təqdimat müsabiqəsinin qalibi olub.

Z.Abbasov müsabiqəyə “Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi” mövzusu ilə qatılıb və I yerə layiq görülüb.

Ziyafət müəllim barədə hazırlanmış videoçarxı sizə təqdim edirik.

 

https://azertag.az/xeber/Baki_mektebinin_muellimi_kimya_fennin_tedrisine_yeni_yanasma_getirib_VIDEO-2088167?fbclid=IwAR29sXpfB_R9a0oRX5PrdQd2RjemjYjoMwWEgGTCyjl-fAZY2mwP6CEwf1Y#.YlUIdBB-1HM.facebook 

 

 

https://video.azertag.az/site/video/138848

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi