3 nömrəli məktəbdə "Ana dilimizi qoruyaq" adlı tədbir keçirildi

Yüz dili öyrənsən, alqışlayıram

Hər dili üzüyə bir qaş sayıram.

Güllədən kəsərli söz tuşlayıram

Öz ana dilini bilməyənlərə!

Bəli, həmin şagirdlərdir. Beşinci sinifdə yad sözlərə qadağa qoyan, dilimizlə bağlı maraqlı təqdimat hazırlayan şagirdlər.

Xatırlatma: ruçka demə, qələm de, sumka demə, çanta de... Uje, fsyo, daje demə, dilimizə xələl vermə..

9 e sinif şagirdləri bu gün də fərqli yanaşdılar. Dilimizin şirinliyini təkcə öz dilimizdə deyil, yad dildə də gözəl çatdırdılar.Bu istiqamətdə şagirdlərimizə dəstək olan ingilis dili müəllimlərinə də təşəkkür edirəm.

Bizə dəstək olan Xuraman müəllimə dilimizin saflığı uğrunda mübarizə aparmış böyük şair Bəxtiyar Vahabzadənin qardaşı qızıdır. Şairin səsləndirdiyi şeirə gözləri dolsa da, baxışında qürur var idi. Bir sözlə, bu gün dilimizdən bal, gözümüzdən qürur yağırdı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi