Əməkdar müəllim, 3 nömrəli məktəbin direktoru Almaz Həsrət Binəqədi RİH ilə Fəxri Xiyabanda

15 aprel 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Ziyarətçilər tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Əməkdar müəllim, 3 nömrəli məktəbin direktoru  Almaz Həsrət də görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri qoydu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi