31 Mart soyqırımı günü anıldı və sakinlərlə görüş keçirildi

31 mart 2022-ci il tarixində Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında tarixdə erməni şovinistləri tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, faciələrdən söz açaraq 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu bildirdi və ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi ilə bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına böyük təkan verdi. Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncam erməni qəskarlarının törətdikləri vəhşilikləri bir daha dünya ictimaiyyətinə çatdırdı.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri, kanalizasiya sistemlərinin yenidənqurma və təmiri, yaşayış binalarının həyətinin abadlaşdırılması, dam örtüklərinin dəyişdirilməsi və zirzəmilərin təmiri, bəzi ünvanlarda ictimai nəqliyyat vasitəsinin təmini və intervalının artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi