“Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirildi
Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi arasında 6 ilə yaxındır ki, (pandemiya dövrü xaric) olan razılaşmaya əsasən, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən ümumi təhsil məktəblərinin müəllimləri və eləcə də ayrı-ayrılıqda oğlan və qız şagird qrupları üçün “Reproduktiv sağlamlıq” mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur. BŞTİ-nin İLS-dən 23.02.2022-ci il tarixində Outloka gələn məktubunu və Uşaqlar arasında reproduktiv sağlamlıqla bağlı həmin maarifləndirmə tədbirləri barədə məktəbimizdə də keçirilməsi nəzərdə tutulmuşdur.
Məktəbimizin 6 və 7-ci sinif şagirdlərinə oğlan və qız şagird qrupları üçün ayrı-ayrılıqda olmaqla (oğlan qrupuna kişi müəllimin seminar keçməsi vacibdir) öz müəllimləri tərəfindən “Reproduktiv sağlamlıq” mövzusunda təqdimatın keçirilməsi nəzərə alındı.
6-cı sinif şagirdlərinə bu mövzuda seminarı Azərbaycan Respublikasının Əməkdar müəllimi, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət keçirdi. Şagirdlərlə maraqlı müzakirələr aparıldı və hədiyyələri təqdim olundu.